Azərbaycanda sərinləşdirici içkilər və dondurma bazarına nəzarət artırılıb

Azərbaycanda sərinləşdirici içkilər və dondurma bazarına nəzarət artırılıb
# 06 iyun 2012 14:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri davam etdirilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Xidmət tərəfindən indiyədək görülmüş tədbirlər nəticəsində istehlak bazarında keyfiyyətsiz və təhlükəli malların, o cümlədən keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə cavab verməyən sərinləşdirici içki və dondurmanın miqdarı əhəmiyyətli dərəcədə azalıb.

Yay mövsümünün başlanması ilə əlaqədar ticarət obyektlərində sərinləşdirici içki və dondurmaya tələbatın artdığını nəzərə alaraq, Xidmət sərinləşdirici içkilər və dondurma bazarında nəzarət tədbirlərini daha da intensivləşdirir. Bu nəzarət tədbirləri yay mövsümünün sonunadək davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR