Hillari Klinton Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüşüb

Hillari Klinton Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüşüb
# 06 iyun 2012 14:34 (UTC +04:00)
«AmCham»dan «APA-Economics»ə verilən məlumata görə, “Baku Expo” Mərkəzində keçirilən XIX Xəzər Neft-Qaz Sərgisinə gələn ABŞ dövlət katibi “AmCham”ın stendini ziyarət edib.

Sərgidə H.Klinton AmChamın Prezidenti Daniel Metyus və təşkilatın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu ilə görüşüb. Görüş əsnasında Azərbaycanda işgüzar mühitlə bağlı məsələlər müzakirə olunub. İşgüzar mühitin təkmilləşdirilməsi prosesində “AmCham”ın misilsiz rolunu qeyd edən xanım H.Klinton bu istiqamətdə ABŞ hökumətinin daimi dəstəyini ifadə edib.

Görüşdən sonra xanım Klinton eyni zamanda “AmCham”ın üzvləri olan ABŞ-ın energetika şirkətləri ilə də görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR