Azərbaycanın iqtisadi inkişaf naziri Çinə səfər edəcək

Azərbaycanın iqtisadi inkişaf naziri Çinə səfər edəcək
# 07 iyun 2012 11:43 (UTC +04:00)
Bakı – APA-Economics. İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti 10-16 iyun tarixində Çin Xalq Respublikasına səfər edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək.

Hər iki ölkənin müvafiq qurumlarının təşkilatçılığı ilə iyunun 12-də Pekində, iyunun 14-də isə Quançjouda Çin-Azərbaycan biznes-forumu təşkil olunacaq. Biznes-forumlarda Azərbaycan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, turizm və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində həmçinin sənaye parklarının fəaliyyəti ilə də tanış olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR