Bakıda Azərbaycan-Almaniya işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Almaniya işgüzar görüşü keçiriləcək
# 07 iyun 2012 15:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyunun 11-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Ekhard Cordesin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Almaniya işgüzar görüşü keçiriləcək.

“Azpromo”dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə bank, neft-kimya, neft-qaz emalı, enerji, maşınqayırma, səhiyyə, nəqliyyat, turizm, müxtəlif növ avadanlıq istehsalı və digər sektorları təmsil edən Almaniya şirkətlərinin rəhbərləri iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR