Almaniya bankları Azərbaycanda layihələri maliyyələşdirməkdə maraqlıdır

Almaniya bankları Azərbaycanda layihələri maliyyələşdirməkdə maraqlıdır
# 11 iyun 2012 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hazırda Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 2,3 mlrd. avro təşkil edir ki, bu da ötən illə müqayisədə 14% çoxdur. “APA-Economics”in xəbərinə görə, bunu Bakıda keçirilən Azərbaycan-Almaniya işgüzar görüşündə çıxış edən Alman İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Reyner Lindner bildirib.

Onun sözlərinə görə, işgüzar görüşdə Almaniyanın 20 şirkətinin nümayəndələri iştirak edir: “Biz Azərbaycan tərəfi ilə iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etmişik. Eyni zamanda Azərbaycan hökuməti ilə tikinti, infrastruktur, enerji sahələrində əməkdaşlığa dair danışıqlar aparacağıq”.

Görüşdə iştirak edən Almaniya şirkətləri Azərbaycana kənd təsərrüfatı texnikasının tədarükünü təklif edib. Eyni zamanda pambıq, yolların tikintisi və təmiri, Azərbaycanda icra olunan layihələrin Almaniya bankları tərəfindən maliyyələşdirilməsi təklif olunub.

R.Lindner hazırda 2 ölkə arasında ticarət dövriyyəsinin həcminin qənaətbəxş olduğunu vurğulayıb: “Azərbaycan və Almaniya maliyyə böhranından yaxşı çıxıb. Halbuki Avropa Birliyinin bir neçə ölkəsi indiyədək böhrandan əziyyət çəkir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR