«Nestle» Azərbaycana idxal mexanizmini dəyişir

«Nestle» Azərbaycana idxal mexanizmini dəyişir
# 11 iyun 2012 12:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünyanın ən böyük ərzaq məhsulları istehsalçılarından biri, İsveçrənin «Nestle» şirkəti Azərbaycana öz məhsullarının idxalı ilə özü məşğul olacaq. Bu barədə «APA-Economics»ə şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ceyhun Bəxtiyarlı bildirib.

Qeyd edək ki, bir qədər əvvəl «Nestle»nin Azərbaycanda nümayəndəliyi yaradılıb. Vergilər Nazirliyindən verilən məlumata görə, may ayında Azərbaycanda «NESTLE Azərbaycan» MMC təsis edilib. Nizamnamə kapitalı 200 min manat olan MMC-nin təsisçisi İsveçrənin «NESTLE S.A.» şirkətidir.

Nümayəndəliyin rəhbəri C.Bəxtiyarlı bildirib ki, nümayəndəliyin yaradılmasında məqsəd şirkətin məhsullarının Azərbaycana idxalını həyat keçirməkdir.

Qeyd edək ki, indiyə kimi bu işlə distribütorlar məşğul olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR