Sahibkarlığa Kömək Milli Fondu Füzuli sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Füzuli sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 13 iyun 2012 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Füzuli rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələrə müasir çörək istehsalı, süd emalı, üzüm emalı müəssisələrinin, həmçinin kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması daxildir. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

Bu gündən etibarən sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilərlər.

Əlaqə telefonu: (+994 12) 434-74-29.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR