Bakıda Kabardin-Balkar iş adamlarının iştirakı ilə işgüzar görüş keçiriləcək

Bakıda Kabardin-Balkar iş adamlarının iştirakı ilə işgüzar görüş keçiriləcək
# 14 iyun 2012 13:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 19-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, tədbir Kabardin-Balkar Respublikası hökumətinin sədr müavini Kazim Uyanayevin Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunacaq.

Tədbirdə sanatoriya-kurort, sənaye, metallurgiya, maşınqayırma və tikinti üçün cihaz və alətlərin istehsalı, rentgen aparatlarının istehsalı və digər sektorları təmsil edən Kabardin-Balkar iş adamları, həmçinin respublika nazirlərinin əksər hissəsi iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR