Bakıda Azərbaycan - Kabardin-Balkar işgüzar görüş keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan - Kabardin-Balkar işgüzar görüş keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 19 iyun 2012 12:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakıda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə Azərbaycan - Kabardin-Balkar işgüzar görüş keçirilib.

APA-Economics”in məlumatına görə, görüşdə Azərbaycanın iş adamları və Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının hökumət nümayəndələri və iri şirkətlərinin rəhbərləri iştirak ediblər.

Kabardin-Balkarın baş nazirinin müavini Kazım Uyanayevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşdə iştirak edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Azərbaycan və Rusiya Federasiyası, o cümlədən Şimalı Qafqaz respublikaları arasında sıx iqtisadi-ticarət əlaqələri var və bu səfər Kabardin-Balkar ilə əməkdaşlığın inkişafına xidmət edəcək. N.Səfərovun sözlərinə görə, Azərbaycan və Şimal Qafqaz respublikalarının hökumətləri səviyyəsində keçirilən qarşılıqlı səfərlər nəticələr verir və əlaqələri inkişaf etdirməyə böyük potensial mövcuddur. Əməkdaşlıq olunacaq sahələrə gəlincə, N.Səfərov aqrar, turizm, qida istehsalı kimi sahələri qeyd edib.

Kabardin-Balkarın baş nazirinin müavini Kazım Uyanayev bəyan edib ki, görüşün əsas məqsədlərindən biri respublikanın iri müəssisələrinin, investisiya və biznes imkanlarının Azərbaycan hökumətinə və iş adamları təqdim etməkdir. K.Uyanayev bildirib ki, digər sahələrdə əməkdaşlıqla yanaşı, Azərbaycandan turistləri cəlb etmək imkanları təqdim ediləcək.

Qeyd edək ki, görüşdə nümayəndə heyətinə daxil olan Kabardin-Balkar Respublikasının ən iri müəssisələri özləri barədə təqdimatlarla çıxış edib və ikitərəfli danışıqlar aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR