Bakıda sahibkarlar üçün forum keçiriləcək

Bakıda sahibkarlar üçün forum keçiriləcək
# 19 iyun 2012 14:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi və Türkiyənin “YapıKredi Bank Akademiyası” təşkilatçılığı ilə iyulun 4-də Bakıda Azərbaycanda fəaliyyət göstərən sahibkarlar üçün “Biznesdə insan kapitalı və liderlik problemləri” mövzusunda forum keçiriləcək.

Azərbaycan Bank Tədris Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, forumun məqsədi iştirakçılarla birlikdə bütün bizneslər üçün çox vacib olan insan kapitalı və liderlik problemlərinin həlli üzrə ABŞ, Avropa, Yaponiya, Türkiyə təcrübələrinin Azərbaycan şəraitində tətbiqi imkanlarını müzakirə etmək, təcrübə və məlumat mübadiləsi aparmaqdan ibarətdir.

Forum Türkiyənin “YapıKrediBank”ın İdarə Heyətinin üzvü, baş menecerin insan resurslarının idarə edilməsi üzrə müavini Cihangir Kavuncu və ABTM-in direktoru Cavanşir Abdullayev tərəfindən aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR