Azərbaycan sahibkarları yaxın 5 ildə Türkiyə iqtisadiyyatına sərmayələrini 40% artıracaq

Azərbaycan sahibkarları yaxın 5 ildə Türkiyə iqtisadiyyatına sərmayələrini 40% artıracaq
# 20 iyun 2012 10:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev VII «Məzun 2012» əmək yarmarkasının açılışındakı çıxışında deyib.

Onun sözlərinə görə, artıq 2017-ci ilədək bu sərmayələrin 40% artaraq 7 mlrd. manata (təxminən 9 mlrd. dollar) çatacağı gözlənilir.

ASK başçısı vurğulayıb ki, hazırda Türkiyədə 1000-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib.

M.Musayev Azərbaycan sahibkarlarının Türkiyə ilə yanaşı, Qazaxıstan və Gürcüstana da fəal şəkildə sərmayə yatırdıqlarını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR