Bakıda Azərbaycan-Argentina işgüzar görüş keçiriləcək

Bakıda Azərbaycan-Argentina işgüzar görüş keçiriləcək
# 20 iyun 2012 12:08 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 3-4-də Bakıda Azərbaycan-Argentina işgüzar görüş keçiriləcək. Bu barədə “APA-Economics”ə Argentinanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan görüş “Azpromo”nun əməkdaşlığı ilə həyata keçirilir.

Argentina nümayəndə heyətinə daxil olan 180-dən çox şirkət öz məhsullarını təklif edəcək. Bu şirkətlər əsasən qida, içki, laboratoriya, kənd təsərrüfatı avadanlıqları, aqrokimya, mebel, elektrik ev əşyaları, neft, qaz, təmizlik, kosmetika, tikinti, texnologiya, informatika, oyuncaq, avtomobil, sənaye avadanlığı, toxuculuq, geyim, ayaqqabı, xidmət və digər müxtəlif sektorları əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR