MDB ölkələrində antiinhisar sahəsində qanun pozuntuları ilə mübarizəyə İnterpol cəlb oluna bilər

MDB ölkələrində antiinhisar sahəsində qanun pozuntuları ilə mübarizəyə İnterpol cəlb oluna bilər
# 20 iyun 2012 12:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Bakıda səfərdə olan MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının sədri və həmsədri, Rusiyanın Federal Antiinhisar Xidmətinin rəhbəri İqor Artemyev bildirib.

Onun sözlərinə görə, artıq 5 ildir ki, MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının birgə araşdırma qərargahı fəaliyyət göstərir: “MDB ölkələri bu istiqamətdə öz güclərini birləşdirərək fəaliyyət göstərir, o cümlədən Azərbaycan da rəqabətin qorunması sahəsində cinayətkarlıqla mübarizə aparır”.

“Ümumiyyətlə, MDB ölkələrinin bu sahədə problemi keçmiş SSRİ iqtisadiyyatının həddən artıq inhisarda olmasıdır ki, biz bu istiqamətdə digər ölkələrdən daha çox mübarizə aparmalı oluruq. Belə ki, biz paralel olaraq həm korrupsiya mexanizmlərinə qalib gəlməli, həm də müasir antiinhisar qanunvericiliyi yaratmalıyıq. Bu sahədə MDB ölkələri biri birinə yardım göstərir”, - deyə İ.Artemyev bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR