Filippinin məşhur biznes jurnalı növbəti sayını Azərbaycana həsr edib - FOTO

Filippinin məşhur biznes jurnalı növbəti sayını Azərbaycana həsr edib - <font color=red>FOTO</font>
# 21 iyun 2012 13:36 (UTC +04:00)
Bakı – APA-Economics. Filippinin “Biz News Asia” həftəlik biznes jurnalı növbəti sayını Azərbaycana həsr edib.

APA-Economics”in xəbərinə görə, jurnalın bu sayında Azərbaycanın iqtisadi inkişafı, eləcə də nüfuzlu siyasi xadimləri haqqında bir sıra məqalələr dərc olunub.

“Azərbaycan: müvəffəqiyyətin iqtisadi tarixi” adlı məqalədə ölkənin son illərdəki artım göstəriciləri, qeyri-neft sektorunun inkişafı, yoxsulluğun və işsizliyin azaldılması üzrə ölkə rəhbərliyinin səyləri, iri infrastruktur və yataqların işlənməsi layihələri haqqında məlumat verilir.

“Azərbaycan: Müsəlman Şərqində ilk respublika” adlı məqalədə oxucular ölkənin müstəqillik tarixi, Heydər Əliyevin bu prosesdəki rolu, hazırkı prezident İlham Əliyevin və yeni Azərbaycan Partiyasının fəaliyyəti, eləcə də 1 mln.-a yaxın insanın məcburi köçkün düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat ala bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR