Masallı və Cəlilabad rayonlarının ticarət şəbəkələrində reyd keçirilib

Masallı və Cəlilabad rayonlarının ticarət şəbəkələrində reyd keçirilib
# 21 iyun 2012 15:13 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsi bu gün Masallı və Cəlilabad rayonlarında fəaliyyət göstərən sərinləşdirici su, çörək və şirniyyat istehsal edən sexlərdə reydlər keçirib.

İdarə rəisi Vüqar Ələkbərovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, tədbirin keçirilməsində məqsəd sexlərin uyğunluq sertifikatını, normativ-texniki sənədlərini yoxlamaqdan ibarət olub. Nəticə isə heç də ürəkaçan olmayıb. Əksər sexlərin tam antisanitariya şəraitində fəaliyyət göstərdiyi, üstəlik, heç birinin də normativ texniki sənədləri, uyğunluq sertifikatları olmadan məhsul istehsal edib satışa çıxardıqları üzə çıxıb. Masallıdakı reyd zamanı su istehsalı və çörək sexlərində bütün işlərin primitiv üsullarla, sanitariya-gigiyena qaydalarına riayət edilmədən əllə yerinə yetirildiyi, məhsulların üstündə siçovulların gəzişdiyi aşkarlanıb. Masallıda daha bir çörək sexində də eyni vəziyyət müşahidə olunub.

Cəlilabadda isə yanacaqdoldurma məntəqəsinin həyətində fəaliyyət göstərən şirniyyat sexinin antisanitar şəraitdə və sənədsiz işlədiyi məlum olub. Keçirilən hər bir reyd zamanı ərzaq məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib. Bir neçə ticarət şəbəkəsinin fəaliyyəti isə dayandırılıb.

İdarə rəisi bu cür reydlərin bölgədə davam etdiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR