Portuqaliya xarici işlər naziri Azərbaycana səfər edəcək

Portuqaliya xarici işlər naziri Azərbaycana səfər edəcək
# 23 iyun 2012 07:44 (UTC +04:00)
Bu barədə APA-ya Azpromo-dan məlumat verilib.

Səfər çərçivəsində iyunun 27-də Bakıda Azərbaycan-Portuqaliya biznes-forumunun keçirilməsi planlaşdırılır.

Forumda Portuqaliyanın enerji, tikinti, nəqliyyat, arxitektura, informasiya texnologiyaları və digər sahələri təmsil edən şirkət və müəssisələrin rəsmilərinin Azərbaycan sahibkarları ilə görüşləri keçiriləcək və ikitərəfli əlaqələrin qurulması məsələləri müzakirə olunacaq.

Bununla yanaşı, səfər zamanı P.Portasın Azərbaycanın dövlət rəsmiləri ilə bir sıra görüş keçirəcəyi və ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR