Bakının Suraxanı rayonunda sahibkarların prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Bakının Suraxanı rayonunda sahibkarların prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 23 iyun 2012 16:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Fond tərəfindən Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Bu, müasir çörək zavodunun inşası, kiçik və ya orta həcmli toxuculuq və müasir ət kəsimi müəssisələrinin yaradılmasıdır.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün SKMF-a müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR