Uşaq bağçası yaxınlığında spirtli içkilərin küçə reklamı dayandırılıb

Uşaq bağçası yaxınlığında spirtli içkilərin küçə reklamı dayandırılıb
# 25 iyun 2012 14:04 (UTC +04:00)
Bakı – AP-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqlərini davam etdirir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı spirtli içkilərin reklamına dair tələblərin pozularaq Azərbaycan Tibb Universitetinin və Səbail rayonunda 53 saylı “Cücələrim” uşaq bağçasının yaxınlığında (100 metrdən az məsafədə) spirtli içkilərin küçə reklamlarının yayımlandığı müəyyən edilib. Dövlət Xidmətinin gördüyü tədbirlər nəticəsində qeyd olunan reklamların yayımı dayandırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına “Reklam haqqında” qanunun tələblərinə əməl etməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR