Bakıda Azərbaycan-Portuqaliya biznes forumu keçirilib - FOTO

Bakıda Azərbaycan-Portuqaliya biznes forumu keçirilib - <font color=red>FOTO</font>
# 27 iyun 2012 10:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Portuqaliyanın xarici işlər naziri Paulo Portaşın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə bu gün Bakıda Azərbaycan-Portuqaliya biznes forumu keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, tikinti, qida sənayesi, İKT, kimya, əczaçılıq, avadanlıq istehsalı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanda makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb. O qeyd edib ki, hazırda Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır.

Öz növbəsində P.Portaş iki ölkə arasında mövcud əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, sahibkarların iqtisadi əlaqələrin genişləndirilməsində rolu barədə məlumat verib, Azərbaycan və Portuqaliya arasında iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Biznes-forumda çıxış edən “Azpromo”nun vitse-prezidenti Gülşən Rzayeva Azərbaycanda yaradılmış əlverişli biznes mühiti və investisiya imkanları, Portuqaliyanın Azərbaycandakı səfirliyinin ticarət müşaviri Selesta Mota isə Portuqaliyanın iqtisadiyyatına dair təqdimatlarla çıxış ediblər.

Tədbir zamanı “Azpromo” və Portuqaliyanın Xarici Ticarət və İnvestisiya Agentliyi (AICEP) arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR