Estoniya Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır - FOTO

Estoniya Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır - <font color=red>FOTO</font>
# 28 iyun 2012 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Estoniya ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmini artırmaq üçün böyük potensial və hər cür şərait mövcuddur.

«APA-Economics»in məlumatına görə, bunu Estoniyanın iqtisadi əlaqələr və rabitə naziri, Azərbaycan-Estoniya ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri Yuhan Parts bildirib.

Onun sözlərinə görə, son 2 il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb: «Buna baxmayaraq, Azərbaycan və Estoniya arasında hazırda ticarət dövriyyəsinin həcmi 20 mln. avro civarındadır ki, bu rəqəm hər iki ölkəni qane etmir. Belə ki, bu göstəricini artırmaq üçün böyük potensial var və imkanlarımız genişdir».

Nazir onu da bildirib ki, Estoniyanın Azərbaycana yatırdığı investisiyalar Azərbaycanın Estoniyaya yatırdığı sərmayədən çoxdur: «Biz Azərbaycanla iqtisadiyyat və biznes imkanlarını müzakirə edəcəyik ki, gələcəkdə təhsil, elm, mədəniyyət, İKT, energetika, turizm və s. sahələrdə əməkdaşlıq edəcəyik».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR