Sabah Bakıda Azərbaycan-Estoniya biznes-forumu keçiriləcək

Sabah Bakıda Azərbaycan-Estoniya biznes-forumu keçiriləcək
# 28 iyun 2012 08:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Sabah Bakıda Azərbaycan-Estoniya biznes-forumu keçiriləcək.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri, ticarət və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, Estoniya tərəfi Bakıya geniş tərkibli nümayəndə heyəti ilə gəlib: “Hər iki tərəfi maraqlandıran sahələr nəqliyyat, enerji, kənd təsərrüfatı, İKT və s.-dir. Azərbaycan Estoniya şirkətləri ilə xarici bazarlarda müxtəlif layihələrdə birgə layihələrlə iştirak etmək niyyətindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR