Dövlət nəzarəti tədbirləri nəticəsində bir sıra qida məhsullarının istehsalı və satışı qadağan edilib - FOTOSESSİYA

Dövlət nəzarəti tədbirləri nəticəsində bir sıra qida məhsullarının istehsalı və satışı qadağan edilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 iyun 2012 12:57 (UTC +04:00)
Bakı – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 305 ünvanında fəaliyyət göstərən “Hilal Group” MMC-də qablaşdırılmış içməlu suyun istehsalına dövlət nəzarəti həyata keçirilib.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, istehsal olunan məhsulun Azərbaycan Səhiyyə Nazirliyi ilə razılaşdırılmış texnoloji təlimatı yoxdur, məhsulun markalanmasında suyun mənbəyi, hazırlanması barədə məlumatlar, suyun saxlanmasına zəmanət müddəti normativ sənədin (AZS 282-2007) tələblərinə zidd olaraq əsassız göstərilib, AZS Milli Sertifikatlaşdırma Sisteminin qaydaları pozularaq məhsul sertifikatlaşdırılmadan satışa çıxarılıb, həmçinin istehsalda istifadə olunan ölçmə vasitələri “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun 12.3.5-ci bəndinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunub. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı “Hilal Group” MMC-yə qablaşdırılmış içməli suyun istehsalı və satışını qadağan edən tələbnamə verilib.

Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi ünvanında fəaliyyət göstərən “Aslan” MMC-də alkoqolsuz içkilərin və meyvə nektarının istehsalına həyata keçirilən dövlət nəzarəti zamanı müəyyən olunub ki, müəssisə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat olmadan fəaliyyət göstərir, nəticədə normativ sənədin tələbləri pozularaq texnoloji prosesə əməl olunmadan, sanitar norma və qaydalara riayət edilmədən məhsul istehsal edilir.
Laborator sınaqlara əsasən istehsal olunmuş məhsullar mikrobioloji göstəricilərinə görə normativ sənədin tələbinə uyğun olmamışdır. Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı “Aslan” MMC-də alkoqolsuz içkilər və meyvə nektarının istehsalı və satışı qadağan edilib.

Abşeron rayonunun Məhəmmədi kəndində fəaliyyət göstərən fiziki şəxs Rauf Novruzova məxsus sexdə alkoqolsuz içkilərin, qazlı suyun və meyvə şirələrinin istehsalına həyata keçirilən dövlət nəzarəti zamanı müəyyən olunub ki, müəssisə normativ sənədlərin (AZS 009-94, QOST 16366-78, TŞ AZ 2100565022-01-2011) tələbinə zidd olaraq texnoloji təlimat və istehsal olunan məhsulların resepturaları olmadan fəaliyyət göstərir. Müəssisədə şaftalı və albalı şirələri QOST 16366 (mətli meyvə və giləmeyvə şirələri) standartının tələbləri pozularaq istehsal edilir. Belə ki, istehsal zamanı təbii meyvə şirələrindən yox, mənşəyi məlum olmayan konsentratlardan, boyaq maddələrindən və stablizatorlardan resepturasız, heç bir sənədə əsaslanmadan istifadə edilib. Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı fiziki şəxs Rauf Novruzova məxsus sexdə alkoqolsuz içkilərin, qazlı suyun və meyvə şirələrinin istehsalı və satışı qadağan edilib.

Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qayıbov küçəsi 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülbala Qasımzadəyə məxsus sexdə süd məhsullarının istehsalına həyata keçirilən dövlət nəzarəti zamanı müəyyən olunub ki, müəssisə texnoloji təlimat olmadan fəaliyyət göstərir. Seçilmiş nümunələrdən 3,2% yağlılıqda qatığın, ayranın və 9% yağlılıqda yarım yağlı kəsmiyin sınaq laboratoriyasında keçirilən müayinəsi göstərib ki, məhsulların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edilməsinə görə AZS 092-2003, AZS 091-2003 və AZS 089-2003 standartlarının tələblərinə cavab vermir. Eyni zamanda müəssisədə istehsal olunan məhsulların markalanması zamanı yararlılıq müddəti reseptura üzrə müəyyən olunmuş müddətdən artıq göstərilib. Aşkar olunmuş nöqsanlarla əlaqədar fiziki şəxs Gülbala Qasımzadəyə məxsus sexdə 32% yağlılıqda qatığın, ayranın, 20% yağlılıqda xamanın, dovğanın, 9% yağlılıqda yarım yağlı və pəhriz kəsmiyinin istehsalı və satışı qadağan edilib.
Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol massivi ünvanında fəaliyyət göstərən fiziki şəxs Yusif Əliyevə məxsus sexdə süd məhsullarının istehsalına həyata keçirilən dövlət nəzarəti zamanı müəyyən olunub ki, müəssisədə 2 adda turş süd məhsulu - “Kazanski” adlı 15% yağlılıqda xama və yarım yağlı kəsmik reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Yoxlanılmış süd məhsullarının markalanması AZS 121-2004 standartının tələblərinə uyğun aparılmır.
İstehsal zamanı sanitar norma və qaydalara əməl edilmir.Aşkar olunmuş nöqsanlarla əlaqədar fiziki şəxs Yusif Əliyevə məxsus sexdə turş süd məhsullarının istehsalı və satışı qadağan edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR