Azərbaycanda iaşə dövriyyəsi son bir ildə 19% artıb

Azərbaycanda iaşə dövriyyəsi son bir ildə 19% artıb
# 29 iyun 2012 07:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda iaşə dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,8% artaraq 225,1 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, özəl sektorda iaşə dövriyyəsinin 48,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 51,6%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların iaşə fəaliyyəti sayəsində formalaşıb. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 12,8% artaraq 111,6 mln. manata çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR