Bakıda sahibkarlar üçün növbəti distant təlim keçirilib

Bakıda sahibkarlar üçün növbəti distant təlim keçirilib
# 29 iyun 2012 16:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə «Sahibkarların maarifləndirilməsi məqsədi ilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatından istifadə» mövzusunda növbəti distant təlim keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən aparılan təlimdə Bakı şəhərində, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Aran, Abşeron və digər iqtisadi rayonlarda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak edib.
Təlimdə biznes ideyasının formalaşması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.az saytının elanlar bölməsində yerləşdirilir. Təlimlərdə iştirak etmək istəyənlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərə qatıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR