Bakının Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Bakının Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
# 07 avqust 2012 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Ağsu rayonu üzrə sahibkarlıq subyektlərindən müasir quşçuluq təsərrüfatının, kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının, müasir istixana kompleksinin və müasir ət kəsimi müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

«Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər», - deyə Nazirlikdən bildirilib.
Əlaqə telefonu: (+994 12) 434-74-29.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR