Azərbaycan növbəti Avropa PR Konqresinə dəvət alıb
15 avqust 2012 16:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabrın 12-də Kiyevdə (Ukrayna) Avropa PR Konqresi keçiriləcək.
«APA-Economics»in məlumatına görə, konqresin əsas mövzusu «Reputasiya risklərinin idarə olunması və böhrana qarşı strategiyanın işlənib hazırlanması»dır. Konqres çərçivəsində plenar iclaslar, praktikumlar və tok-şoular təşkil olunacaq.
Tədbirdə Ukrayna bazarının aparıcı şirkətlərinin nümayəndələri reputasiya idarəetməsi və risklərin azaldılması üzrə strategiyanın işlənib hazırlanması, habelə reputasiya böhranlarının vaxtında aradan qaldırılması və nizamlanması təcrübələri ilə bölüşəcəklər.
Tədbirdə hər il olduğu kimi Avropa və MDB ölkələrinin PR-şirkətləri iştirak edəcək. Bu il konqresə həmçinin Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Belarus, Estoniya, Latviya və Litva şirkətləri də qatılacaq.
Qeyd edək ki, sözügedən konqresin Azərbaycandakı lokal tərəfdaşı «RED Communications» agentliyidir.
Xatırladaq ki, Avropa PR Konqresi ictimaiyyətlə əlaqələr üzrə Ukrayna Assosiasiyasının (UARP) ICCO və CIPR beynəlxalq tərəfdaşları ilə birgə yaratdığı layihədir. Tədbirin məqsədi Avropa ölkələrinin PR-mütəxəssisləri arasında əlaqələrin yaradılması və inkişafı, PR-sahəsi və biznesin inkişafı üçün münbit şəraitin yaradılmasıdır. Avropa PR Konqresi 2006-cı ildən etibarən keçirilir. Konqres Ukrayna, Mərkəzi və Şərqi Avropanın 200-dən artıq «Publіc Relatіons» üzrə mütəxəssisləri və ekspertlərini bir araya gətirir.

Sahibkarlıq
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
12:36
11 sentyabr 2024
Pərakəndə ticarət dövriyyəsi 3,5% artıb
12:18
11 sentyabr 2024
Azərbaycanda 20 nəqliyyat vasitəsi özəlləşdirilib
11:00
11 sentyabr 2024
Gömrük nəzarətindən gizlədilən 25 kiloqramdan artıq gümüş aşkarlanıb
09:45
11 sentyabr 2024