® Azərbaycan məhsulları MDB ölkələri arasında birincilik qazanıb - FOTO

<font color=red>® </font>Azərbaycan məhsulları MDB ölkələri arasında birincilik qazanıb - <font color=red>FOTO</font>
# 28 avqust 2012 12:16 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, 2011-ci ilin yekunlarına əsasən 6 şirkət laureat, 12 şirkət diplomant, 7 şirkət isə xüsusi diplomlara layiq görülüblər.
“Milli istehlak mallarının istehsalı” nominasiyası üzrə Azərbaycanı təmsil edən “Gilan” Qəbələ Konserv Zavodu MMC qalib adını qazanıb.

Gərgin rəqabət şəraitində keçən müsabiqədə məhz Azərbaycanı təmsil edən şirkətin birinciliyə layiq görülməsi sevindirici haldır. 2011-ci ilin iyul ayında müəssisəyə baş çəkmiş müsabiqənin ekspert komissiyası zavodla və istehsal prosesi ilə tanış olub, apardıqları yoxlama nəticəsində müəssisədə işin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Bunun nəticəsidir ki, “Gilan” Qəbələ Konserv Zavodu MDB məkanında bir çox şirkətlər arasında olan rəqabətə baxmayaraq, müsabiqədə iştirak etdiyi sahə üzrə birinciliyə layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR