Azərbaycanın tikinti materialları Moskvada sərgilənəcək

Azərbaycanın tikinti materialları Moskvada sərgilənəcək
# 17 mart 2021 15:36 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan məhsulları 30 mart – 2 aprel tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək "MosBuild 2021" beynəlxalq tikinti və inşaat materialları sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunacaq.

Azpromo-dan "APA-Economics"ə verilən məlumata görə, sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan ikinci dəfə "MosBuild" beynəlxalq inşaat və tikinti materialları sərgisində təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR