Bakı. Fərid Mirzəyev – APA. Bu gün yolların buz bağlaması nəticəsində əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına iki müraciət daxil olub.
Bu barədə APA-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. O bildirib ki, müraciətlər səhər saatlarında qeydə alınıb. R. Nağıyev qeyd edib ki, müraciət edilənlərin hər ikisi xəstəxanaya yerləşdirilib.