Liviya sahillərində 3 min miqrant xilas edilib

Liviya sahillərində 3 min miqrant xilas edilib
# 30 avqust 2016 01:09 (UTC +04:00)

Bakı-APA. İtaliya Sahil Mühafizəsi Xidməti sutka ərzində Liviya sahillərində 3 minə yaxın miqrantı xilas edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hava ilə doldurulmuş rezin qayıqlarla Liviyadan İtaliyaya keçmək istəyənlərin əksəriyyəti Somali və Eritreya vətəndaşları olub.

Təkcə Liviyanın Sabrata şəhəri yaxınlığında 700 miqrantın xilas edildiyi bildirilir.

İtaliya Sahil Mühafizə Xidmətinin məlumatına əsasən, iyunda Siciliya adası ilə Liviya daxili suları arasında həyata keçirilən xilasedici əməliyyatlar nəticəsində 1348 miqrant xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR