Ştaynmayer: “Rusiyanın NATO ölkəsinə hücumuna sərt cavab veriləcək”

Ştaynmayer: “Rusiyanın NATO ölkəsinə hücumuna sərt cavab veriləcək”
# 13 oktyabr 2016 21:15 (UTC +04:00)

Bakı-APA. “Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək”. APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

O, AŞPA-nın iclası zamanı İngiltərə nümayəndə heyətinin üzvü Mark Pritçardın alyansa üzv olan dövlətlərdən birinə qarşı, konkret olaraq Rusiya tərəfindən, silahlı hücum olarsa, NATO-nun buna reaksiyasına dair sualını da cavablandırıb.

Nümunə kimi Rusiyanı göstərən M. Pritçard alyansın nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamağın vacibliyini vurğulayıb.

“Mən bu suala qısa cavab verəcəm. Bizim buna reaksiyamız sərt olacaq”, - deyə, F. Ştaynmayer sualı belə cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR