Nazir: “Dövlətlərin sərhədlərinin güc yolu ilə pozulması qəbuledilməzdir”

Nazir: “Dövlətlərin sərhədlərinin güc yolu ilə pozulması qəbuledilməzdir”
# 23 noyabr 2016 14:25 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yolları və gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

E. Məmmədyarov Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ilə uğurlu əməkdaşlıq etdiyini bildirərək, əlaqələrin bundan sonra da konstruktiv dialoq və anlaşma şəraitində genişləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə edib.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb. 

 

Azərbaycana səfər etməsindən məmnunluq ifadə edən Yan Liddel-Qrenqer isə ölkəmizin AŞPA ilə uğurlu əməkdaşlığını yüksək qiymətləndirib. Səfər çərçivəsində Milli Məclisdə də görüşlər keçirildiyini və faydalı müzakirələrin aparıldığını qeyd edən qonaq Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəal rolunu diqqətə çatdırıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR