Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək
# 02 noyabr 2016 08:31 (UTC +04:00)

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 1, Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbəüz) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayonların Gənclər və İdman idarələri ilə əlaqə saxlamalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR