Azərbaycan Dövlət Musiqili Teatrı mövsümü açıq elan edib

Azərbaycan Dövlət Musiqili Teatrı mövsümü açıq elan edib
# 19 sentyabr 2016 12:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümü açıq elan edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni mövsümün açılış günündə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunub.

Tamaşanın nümayişindən öncə Musiqili Teatrın ədəbi hissə müdiri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edib. O, Üzeyir Hacıbəylinin yaradıcılığından, Dövlət Musiqili Teatrının ötənilki fəaliyyətindən, hazırlanması nəzərdə tutulan yeni tamaşalardan bəhs edib.

“O olmasın, bu olsun” tamaşası Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş etdirilib.

Səhnə əsərinin quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşada əsas rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova və başqaları ifa ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR