Azərbaycanda tenderdə iştirak qaydaları dəyişib

Azərbaycanda tenderdə iştirak qaydaları dəyişib
# 19 yanvar 2016 11:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda  dəyişikliklər edilməsi barədə qanun layihəsini qəbul edib.

 

APA-Economics”in məlumatına görə, qanuna dəyişikliyə əsasən, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20%-ə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək və bu məcburi olacaq.

 

Qeyd edək ki, buna qədər qüvvədə olan qanuna görə, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 15%-ə qədər həcmində güzəştli düzəliş tətbiq edilib və bu məcburi xarakter daşımayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR