Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb
# 05 yanvar 2016 08:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin 12 ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 35,58% azalaraq 8 mlrd. 455 mln. 507 min 731,94 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 1 ildə dövlət qiymətli kağızlar bazarında ciddi azalma olub. Belə ki, 2014-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 594 mln. 980 min 250 manat və ya 29,61 dəfə azalıb.

Azalma pay və borc alətləri bazarından da yan keçməyib. Başqa sözlə, son 1 ildə pay bazarı 3,68 dəfə azalaraq 279,449 mln. manata, borc alətləri bazarı 1,88 dəfə azalaraq 1 mlrd. 837 mln. 126 min manata düşüb.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) isə vəziyyət ürəkaçan olub. Ötən ilin 12 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 1 mlrd. 714 mln. 038 min 398 manat və ya 38,26% artaraq 6 mlrd. 194 mln. 376 min 766 manata yüksəlib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın sektoru

Dövriyyə (azn), 2015

Dövriyyə (azn), 2014

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

I. Dövlət Qiymətli Kağızlar bazarı

20,793,458.90

17

615,773,709.29

124

MN Dövlət İstiqrazları

20,793,458.90

17

107,908,649.11

48

Dİ yerləşdirmə

0

0

80,311,321.02

31

Dİ təkrar

20,793,458.90

17

27,597,328.09

17

AMB Notları

0

0

507,865,060.18

76

NOT yerləşdirmə

0

0

158,054,771.87

47

NOT təkrar

0

0

349,810,288.31

29

II. Pay bazarı

279,448,960.97

3755

1,029,085,816.64

5457

Səhmlər yerləşdirmə

268,703,390.35

114

1,009,478,762.63

655

Səhmlər təkrar

10,745,570.62

3641

19,607,054.01

4802

III. Borc Alətləri Bazarı

1,837,125,925.98

668

3,459,700,712.33

491

AİF istiqrazları yerləşdirmə

45,382,918.00

11

40,240,000.00

20

AİF istiqrazları təkrar

1,502,415,877.29

196

1,079,553,451.68

199

Digər korporativ istiqrazlar * yerləşdirmə

25,620,244.66

82

2,136,201,810.64

80

Digər korporativ istiqrazlar * təkrar

263,706,886.03

379

203,705,450.00

192

- o cümlədən market meyker

227,864,964.70

272

87,771,481.09

106.00

IV. REPO əməliyyatları

123,762,620.25

113

3,540,809,139.74

297

AMB-nin Repo əməliyyatları

32,217,600.76

30

1,803,653,833.93

137

Digər Repo əməliyyatlar

91,545,019.49

83

1,737,155,305.81

160

V. Törəmə Alətlər Bazarı

6,194,376,765.84

48814

4,480,338,367.82

30,328.00

Valyuta

6,095,486,561.34

43445

3,697,788,960.38

27,318.00

Əmtəə

98,890,204.50

5369

782,549,407.44

3,010.00

Cəmi

8,455,507,731.94

53,367.00

13,125,707,745.81

36,697.00

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR