Azərbaycanda kassa aparatlarının dövriyyəsi kəskin artıb

Azərbaycanda kassa aparatlarının dövriyyəsi kəskin artıb
# 12 noyabr 2021 17:34 (UTC +04:00)

Azərbaycanda bu günədək 49 548 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2021-ci ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 12,5 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR