Azərbaycanda lombardlara müddətsiz lisenziya və icazə verilməsi təklif olunur

Azərbaycanda lombardlara müddətsiz lisenziya və icazə verilməsi təklif olunur
# 13 iyun 2019 12:07 (UTC +04:00)

Azərbaycanda lombardlara müddətsiz lisenziya və icazə veriləcək.

APA-ın məlumatına görə, bu barədə yeni hazırlanan “ Lombardlar haqqında” qanun layihəsinin 18-ci maddəsində (Lisenziya və icazə) bildirilib.

Sənədin 18.1-ci bəndində qeyd edilib ki, lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.

Qanun layihəsində bildirilir ki, lombardlara verilən lisenziya və icazə müddətsizdir. Lisenziya və icazə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya və icazə yalnız onu almış lombard və filial tərəfindən istifadə edilə bilər.

Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR