Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 620 mln. dolları ötüb

Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 620 mln. dolları ötüb
# 29 dekabr 2023 13:23 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 622 milyon 239 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37% çoxdur.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Rumıniyaya ixracın həcmi 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 45.3% artaraq 561 milyon 748 min dollara bərabər olub. Eyni dövrdə Rumıniyadan Azərbaycana ixracın həcmi isə 10.2% azalaraq 60 milyon 491 min dollar təşkil edib.

Qeyd edək ki, cari ilin ilk11 ayı ərzində Azərbaycandan Rumıniyaya 40 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Xatırladaq ki, bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 47.3 milyard dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR