Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 mln. manat güzəştli kredit verilib

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 mln. manat güzəştli kredit verilib
# 18 sentyabr 2019 10:00 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Bakının Suraxanı rayonunda keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 mln. manat güzəştli kredit verilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu güzəştli kreditlər heyvandarlıq, bağçılıq, çörək, tara, mebel istehsalı və s. sahələrə yönəldiləcək və investisiya layihələrinin reallaşdırılması 60-dan çox iş yerinin açılmasına imkan yaradacaq.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, ölkə üzrə 2019-cu ilin ötən dövründə sahibkarların 801 investisiya layihəsinin maliyyələşdirilməsinə 105 mln. manat güzəştli kredit verilib. Bu ilin ötən dövrü ərzində verilmiş kreditlərin əsas hissəsi – 97%-i kiçik və orta həcmli kreditlər olmaqla kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR