Türkiyə “Türk axını”nın birinci xəttinin tikintisinə başlamağa hazırdır

Türkiyə “Türk axını”nın birinci xəttinin tikintisinə başlamağa hazırdır
# 26 iyul 2016 21:35 (UTC +04:00)

Bakı-APA. Türkiyə “Türk axını” qaz boru layihəsinin birinci xəttinin tikintisinə başlamağa hazırdır, danışıqlar davam etdirilir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bildirib.

“Mən düşünmürəm ki, söhbət burada bu layihələrin icrasının mümkünsüzlüyündən gedir (“Türk axını” və “Botas” dövlət neft-qaz şirkəti üçün güzəşti nəzərdə tutan layihələr – red.), - deyə nazir bildirib.

“Layihənin reallaşdırılması ilə bağlı məsələnin nizamlanmasına dair siyasi qərar mövcuddur”, - deyə Zeybəkçi bildirib.

Qeyd edək ki, illik ötürmə gücünün 63 mlrd. kubmetr olduğu “Türk axını” qaz borusunun tikintisinə dair saziş 2014-cü ildə imzalanıb. Sonradan layihə iki ölkə arasında münasibətlərin pozulması səbəbindən dondurulmuşdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR