42-ci Ümumdünya Şahmat Olimpiadası münasibəti ilə poçt markaları nəşr etdirilib

42-ci Ümumdünya Şahmat Olimpiadası münasibəti ilə poçt markaları nəşr etdirilib
# 30 avqust 2016 12:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC öz ənənəsinə sadiq qalaraq əlamətdar hadisələrə həsr olunan yeni markalar dövriyyəyə buraxıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Azərmarka”nın nəşr etdiyi növbəti markalar 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilib. Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb.

Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu il sentyabrın 1-dən 14-dək Bakıda baş tutacaq.

Xatırladaq ki, "Şahmat üzrə Dünya Kuboku. Bakı-2015" adlı markamız İtaliyada "L'arte del francobollo" jurnalı tərəfindən "Ayın ən orijinal markası" seçilib.

Markanın planeti ideal təsvir etdiyi, həmçinin Qədim Bakıda yerləşən və Dünya kubokuna ev sahibliyi edən "Qız qalası"nın ətrafında dünyanın digər tarixi abidələrinin - İtaliyanın "Piza qülləsi", Fransanın "Eyfel qülləsi", Londonun "Biq Ben"-i, Rusiyanın Kreml qülləsi, Hindistanın "Ranqanatxi" məbədi, ABŞ-ın "Azadlıq heykəli"nin yer alması xüsusi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR