Ağcabədi və Cəlilabadda qoyun oğurluğunnda şübhəli bilinən şəxslər tutulub

Ağcabədi və Cəlilabadda qoyun oğurluğunnda şübhəli bilinən şəxslər tutulub
# 19 fevral 2016 10:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ağcabədi və Cəlilabadda qoyun oğruları saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 14-də Bulud Quliyevin 67 qoyununu oğurladığına görə tutulmuş Aydın Şirinovun ətrafında Ağcabədi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qeyd edilən cinayət əməlini Kürdlər kənd sakinləri Hikmət Hüseynov və Fərrux Hüseynli ilə birgə törətməsi müəyyən edilib.


Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Hüseynov və F.Hüseynli də tutulublar. Onların Y.Xəlilova məxsus 26 qoyunu, S.Quliyevə məxsus 38 qoyunu, M.Tagıyevə məxsus 5 inəyi, habelə 2015-ci il ərzində rayon sakinləri X.Hüseynova məxsus 38 qoyunu, Ş.Rzayevə məxsus 21 qoyunu, P.Məmmədova məxsus 15 baş qoyunu, Ş.Bayramova məxsus 63 qoyunu və cari il yanvar ayının 11-də İ.Cəfərova məxsus 1 inəyi oğurlamaları da müəyyən edilib.

Fevralın 18-nə keçən gecə Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayan Habil Nəbiyevə məxsus fermadan isə 9 quzu oğurlanıb.

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerliləri Sahib Mahmudov və Elvin Şaliyev tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR