Biznes Partnyorları Klubu İordaniyanın yeni səfiri ilə işgüzar görüş təşkil edib - FOTO

Biznes Partnyorları Klubu İordaniyanın yeni səfiri ilə işgüzar görüş təşkil edib - FOTO
# 18 dekabr 2023 10:55 (UTC +04:00)

Ötən həftə Bakıda Biznes Partnyorları Klubunun (BPC) təşkilatçılığı ilə İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ilə işgüzar səhər yeməyi olub.

APA xəbər verir ki, görüşdə Azərbaycanın 40-dan artıq tanınmış biznes nümayəndələri iştirak ediblər.

Görüşü Biznes Partnyorları Klubunun İdarə heyətinin sədri Gülpəri Bayramova açaraq qonaqları salamlayıb, cənab səfirə dəvəti qəbul edib görüşə qatıldığı üçün təşəkkür edib.

Öz növbəsində səfir Ömər Bərəkət əl-Nahar Azərbaycanda olmaqdan məmnun olduğunu vurğulayıb, görüşün təşkili üçün Biznes Partnyorları Klubunun təşəbbüsünü alqışlayıb.

Sonra İordaniya Krallığı haqqında təqdimat nümayiş olunub.

Sonda Klub adından səfirə əl işlərilə bəzədilmiş “Xarı bülbül” kompozisiyası təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharın etimadnaməsini qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR