Dövlət Xidməti: Girov qoyulan əmlaklar sırasında mənzil, torpaq sahəsi və fərdi evlər üstünlük təşkil edir

Dövlət Xidməti: Girov qoyulan əmlaklar sırasında mənzil, torpaq sahəsi və fərdi evlər üstünlük təşkil edir
# 09 fevral 2024 15:17 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanda 81.762 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci illə müqayisədə 8.785 ədəd və ya 12% çoxdur.

APA-Economics”in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbərinə görə, Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir: “Belə ki, 2023-cü il ərzində 45.532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 81.762 əmlakdan 16.750-si torpaq sahəsinin, 11.866-sı isə fərdi yaşayış evinin payına düşür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR