Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb
# 13 dekabr 2023 18:10 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb.

APA-Economics”in “Azərpoçt” MMC-yə istinadən xəbərinə görə, buraxılış bir markadan ibarət blok şəklində hazırlanıb.

Markanın üzərində Hacı Zeynalabdin Tağıyevin fotosu həkk olunub. Tərtibatında zənginlik, sağlamlıq, güvən, mərhəmət, hikmət və nəciblik elementləri olan rənglərdən istifadə edilib.

Marka Belarus Respublikasının “Bobruisk İntegrated Printing House” mətbəəsində 4000 tirajla çap olunub. Markanın dizayneri Aydın Əsgərovdur.

Qurumdan verilən məlumata görə, bundan əlavə, “Birinci gün” zərfləri də hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR