Türkiyə ordusu Suriyanın Cerablus şəhərini İŞİD-dən azadetmə əməliyyatına başlayıb - YENİLƏNİB

Türkiyə ordusu Suriyanın Cerablus şəhərini İŞİD-dən azadetmə əməliyyatına başlayıb  - <span style="color: red;">YENİLƏNİB
# 24 avqust 2016 05:59 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endiriblər.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə bu gün Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb.

Agentliyinin yaydığı məlumatda bildirilir ki, Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.

Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyat yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.

**** 07.09

Bakı-APA. Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb.

APA-nın xəbərinə görə, “Anadolu” agentliyinin yaydığı məlumatda bildirilir ki, Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.

Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyat yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.

Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyə hökumətinin Cerablus şəhərinin İŞİD-dən azad olunması uğrunda əməliyyata istənilən yardım göstərməyə hazır olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR