Özbəkistanın UzAuto şirkəti Chevrolet Spark və Nexia avtomobillərinin istehsalını dayandırır

Özbəkistanın UzAuto şirkəti Chevrolet Spark və Nexia avtomobillərinin istehsalını dayandırır
# 21 avqust 2022 18:51 (UTC +04:00)

UzAuto Motors 2022-ci ilin sonuna qədər Chevrolet Spark və Nexia avtomobillərinin istehsalını dayandıracaq.

APA xəbər verir ki, bu barədə Özbəkistan avtomobil istehsalçısının mətbuat xidməti bildirib.

Həmin ana qədər şirkət komponentlərin qalıqlarından avtomobillər istehsal edəcək.

UzAuto Motors istehsal xətlərini yeni məhsulların - Tracker krossoverinin və Chevrolet Onix sedanının istehsalına keçirmək üçün iki modeldən imtina etmək qərarına gəlib. Bundan əlavə, şirkət Chevrolet Spark və Nexia avtomobillərinin ixrac həcminin bir hissəsini daxili bazara yönləndirəcək və bunu Özbəkistanda tələbatın artması ilə izah edirlər.

İxrac avadanlığına əlavə seçimlər, o cümlədən Avro-5 katalizatoru olan mühərrik, ERA-GLONASS sistemi və iki rəngli kuzov rəngi daxildir.

Qeyd edək ki, bu ilin ilk altı ayında UzAuto Motors 160 min avtomobil istehsal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR