Saratov vilayətinin biznes missiyasının Bakıya səfəri başlayıb

Saratov vilayətinin biznes missiyasının Bakıya səfəri başlayıb
# 14 sentyabr 2021 11:23 (UTC +04:00)

Rusiya Federasiyasının Saratov vilayətindən olan şirkətlərdən ibarət biznes missiyasının Bakıya səfəri başlayıb.

APA-Economics” Rusiyanın Kiçik və Orta İxracatçılar Birliyindən məlumatına istinadən xəbər verir ki, missiya Saratov vilayətinin İxraca Dəstək Mərkəzinin təşəbbüsü ilə keçirilir.

Rusiya bölgəsindən yanğın təhlükəsizliyi, teletibb, nəqliyyat sistemləri və qida sektoru sahəsindən dörd şirkət iştirak edir. Missiya çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiya Agentliyinin nümayəndələri ilə görüşlər keçiriləcək.

Bununla yanaşı, qida sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilmiləri Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR