Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı il oktyabrın 1-nə "Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan" ASC-nin aktivlərinin həcmi 145,390 mln. lari və ya 97,760 mln. 236 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% çoxdur.
"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 0,01% azalaraq 95,493 mln. lari və ya 64,209 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 4,34% azalaraq 48,626 mln. lari və ya 32,696 mln. manat olub.
Həmin dövrdə bankın öhdəlikləri 16,7% artaraq 117,053 mln. lari və ya 78,706 mln. manata yüksəlib.
Bir il ərzində bankın məcmu kapitalı 2% artaraq 28,337 mln. lari təşkil edib.
Bank III rübü 806,839 min lari və ya 542,586 min manat mənfəətlə başa vurub.